Azərbaycanda xarici pasportların təcili alınması üçün dövlət rüsumu artırılır

Azərbaycanda xarici pasportların təcili alınması üçün dövlət rüsumu artırılır
# 14 mart 2013 11:52 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, dəyişikliyə görə, ümumvətəndaş pasportları 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 gün müddətinə verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 10 manat, 1-3 yaşında - 20 manat, 3-18 yaşında - 30 manat, 18 yaşına çatanlar üçün 40 manat nəzərdə tutulur.


Qanuna təklif olunan dəyişikliyə görə, ümumvətəndaş pasportları 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 20 manat, 1-3 yaşında - 40 manat, 3-18 yaşında - 60 manat, 18 yaşına çatanlara 80 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 1 yaşınadək uşaqlara 40 manat, 1-3 yaşında - 80 manat, 3-18 yaşında - 120 manat, 18 yaşına çatmışlara 160 manat müəyyən olunur.


Qeyd edək ki, mövcud qanunvericilikl Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə 5 iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 120 manat nəzərdə tutulur.

Müzakirələrin nəticəsi olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR