Abşeronda silahlı insident olub, ölən var - VİDEO

Abşeronda silahlı insident olub, ölən var - <span style="color: red;">VİDEO
# 01 noyabr 2014 11:39 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 1-ə keçən gecə Abşeron rayonunun Hökməli kəndində qeydə alınıb.

Rayon sakini Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və yaralını idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb. Həmin şəxs aldığı xəsarətdən orada dünyasını dəyişib.

F.Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR