Paşha Bank
Bank Of Baku

Azərbaycanda dövlət istiqrazlarının orta ödəmə müddəti artıb

Azərbaycanda dövlət istiqrazlarının orta ödəmə müddəti artıb
# 28 oktyabr 2026 12:02 (UTC +04:00)

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının orta ödəmə müddəti 2026-cı ilin ilk 9 ayı ərzində artıb.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə dövlət istiqrazlarının orta ödəmə müddəti 3,64 il təşkil edib.
2025-ci ilin sonunda bu göstərici 3,30 il olub.

Beləliklə, dövlət istiqrazlarının orta ödəmə müddəti ilin əvvəlindən 0,34 il artıb.

Hesabata əsasən, dövriyyədə olan 7 milyard 766,2 milyon manatlıq dövlət qiymətli kağızlarının 56%-i 5 ilədək, 44%-i isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşüb.

Nazirlik orta ödəmə müddətinin artmasını cari ilin ilk üç ayında qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin başa çatması ilə əlaqələndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR