Bank Of Baku

Azərbaycanın dövlət zəmanətli borcu 2,5 mlrd. manata yaxın azalıb

Azərbaycanın dövlət zəmanətli borcu 2,5 mlrd. manata yaxın azalıb
# 28 oktyabr 2026 11:59 (UTC +04:00)

Azərbaycanda dövlət zəmanətli borcun həcmi 2026-cı ilin ilk 9 ayı ərzində 2 milyard 482,4 milyon manat azalıb.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə dövlət zəmanətli borcun ümumi məbləği 7 milyard 886 milyon manat təşkil edib.

İlin əvvəlində bu göstərici 10 milyard 368,4 milyon manat olub. Beləliklə, dövlət zəmanətli borcun həcmi 23,9% azalıb.

Hesabat dövrünün sonuna dövlət zəmanətli borcun 4 milyard 857,8 milyon manatı və ya 61,6%-i xarici, 3 milyard 28,2 milyon manatı və ya 38,4%-i daxili dövlət zəmanətli kreditlərin payına düşüb.

Dövlət zəmanətli borcun ÜDM-ə nisbəti ilin əvvəlindəki 8%-dən 5,7%-ə enib.

Nazirliyin məlumatına görə, azalmanın əsas səbəbi “Cənub Qaz Dəhlizi” QSC tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyutada buraxılmış istiqrazların geri qaytarılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR