Bank Of Baku

“Bakı Telefon Rabitəsi”nin “Rabitəbank”dakı payı "Aztelekom"a keçib

“Bakı Telefon Rabitəsi”nin “Rabitəbank”dakı payı "Aztelekom"a keçib
# 27 avqust 2026 11:24 (UTC +04:00)

“Rabitəbank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC "Aztelekom" MMC-yə birləşdirildiyi üçün onun bankdakı 0,0462 %-lik payı da ikinciyə birləşdirilib. Nəticədə "Aztelekom"un Bankdakı payı 0,0902 %-ə yüksəlib.
Dəyişiklikdən sonra bankda hüquqi şəxs olan səhmdarların sayı 7-dən 6-ya, bankın səhmdarlarının ümumi sayı isə 12-dən 11-ə düşüb.

Bankın digər səhmdarlarının pay bölgüsündə isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi, yəni 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya və 6,03 %-i Aslan Xasiyevə aiddir. Digər kiçik səhmdar sırasında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lər, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC də yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR