ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerikada Azərbaycanın ilk rabitə peykinin təbliğinə başlayıb

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerikada Azərbaycanın ilk rabitə peykinin təbliğinə başlayıb
# 05 fevral 2013 13:07 (UTC +04:00)

Bakı – APA-Economics. Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın ilk süni rabitə peyki orbitə buraxılacaq. «Azerspace-1» adlanan ilk peyk Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan «Ariane Space» şirkətinin (Fransa) raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.

Nazir bildirib ki, artıq ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycanın «Azerspace-1» peyki haqqında məlumatın Amerika ictimaiyyətinə çatdırılması üzrə kampaniyaya başlayıb: «ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerikanın qanunvericilərinə və mediasına göndərdikləri məktublarda Birləşmiş Ştatlarla ölkəmiz arasında iqtisadi-ticari əlaqələr, o cümlədən qeyri-neft sektorunda əməkdaşlıq barədə məlumat verir, qanunvericiləri qarşılıqlı faydalı münasibətlərin inkişafına dəstək verməyə çağırırlar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR