Saatlıda mağazalardan oğurluq edən şəxs tutulub

Saatlıda mağazalardan oğurluq edən şəxs tutulub
# 15 noyabr 2015 11:48 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlıda mağazalardan oğurluq edən 26 yaşlı rayon sakini tutulub. Saatlı rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Şirinbəyli kənd sakini, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Aynur Fazil oğlu Mövsümov tutulub. Onun üstündən 38,76 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, A. Mövsümov noyabrın 8-də rayon sakinləri Elvin Rzayevə və İslam Ruşanova məxsus mağazalardan pul, mobil danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, geyim və məişət əşyaları oğurlayıb.

Faktla bağlı Saatlı RPŞ-da cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR