Tərtərdə yeməkxanada yanğın olub

Tərtərdə yeməkxanada yanğın olub
# 21 iyul 2016 06:03 (UTC +04:00)

Bakı-APA. Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonu, Qaraağacı kəndində inzibati binada ümumi sahəsi 300 m2 olan yeməkxananın mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yeməkxananın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR