“France presse”: Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı

“France presse”: Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı
# 29 iyun 2015 06:52 (UTC +04:00)

APA-nın məlumatına görə, “France presse” agentliyi ötən gecə baş tutan bağlanış mərasimi ilə bağlı bu cür başlıqlı məqalə yayıb. Məqalədə rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa oyunları üçün ideal sonluq kimi qeyd edilir. İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi oyunların mükəmməl təşkil edildiyini qeyd edib. Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib :“Bakı Olimpiya oyunları üçün hazırdır. İnfrastuktur və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu oyunları keçirmək üçün imkan verir. Avropa oyunları hər addımda gözləntilərimizə cavab verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR