Qobustan rayonunda 6 otaqlı ev yanıb

Qobustan rayonunda 6 otaqlı ev yanıb
# 01 sentyabr 2015 01:16 (UTC +04:00)

Bakı-APA. Qobustan rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Şıxzahırlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 1 mərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR