Göygöldə müəllimlər mina təhlükəsizliyi barədə məlumatlandırılıb - FOTO

 Göygöldə müəllimlər mina təhlükəsizliyi barədə məlumatlandırılıb - <span style="color: red;">FOTO
# 04 aprel 2013 16:22 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə ANAMA Təhsil Nazirliyi ilə birgə rayonlarda müəllimlərlə maarifləndirici görüşlərə start verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində təşkil edilmiş təlimdə Göygöl rayonundan 20-yə yaxın orta məktəb müəllimi iştirak edib.

ANAMA-nın maarifləndirmə şöbəsinin meneceri Musa Cəlalovun dediyinə görə, Azərbaycan müharibədən əziyyət çəkən ölkədir və burada partlamamış mərmilər hələ də mövcuddur: “Hər 20 saniyədə dünyada mina partlayır və neçə-neçə insan zərər görür. Bütün dünyada bu gün qeyd edilir. Biz də sərhəd bölgəsində olan müəllimləri bu barədə maarifləndirmək qərarına gəldik. Mina gördükdə nə etmək və ondan necə qorunmaq barədə təhsil işçilərini maarifləndiririk.

M.Cəlalov qeyd edib ki, aprel ayı ərzində respublikanın müxtəlif bölgələrində 1200 məktəbi əhatə edən 1150 müəllimlə mina təhlükəsizliyi barədə görüşlər keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü 2006-cı ildə BMT tərəfindən təsis edilib və hər il qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR