Türkiyə səfirliyində TRT-nin baş direktorunun Azərbaycana səfəri ilə əlaqədar xüsusi tədbir təşkil olunub

Türkiyə səfirliyində TRT-nin baş direktorunun Azərbaycana səfəri ilə əlaqədar xüsusi tədbir təşkil olunub
# 30 aprel 2013 08:12 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin Azərbaycandakı səfirliyində TRT-nin baş direktoru İbrahim Şahinin Azərbaycana səfəri ilə əlaqədar xüsusi tədbir təşkil olunub. APA-nın məlumatına görə, qonaqları salamlayan Türkiyə səfiri İsmayıl Alper Coşqun iki ölkə arasında əməkdaşlığın hər sahədə yüksək səviyyədə olduğunu və inkişaf etməyə davam edəcəyini söyləyib.

İbrahim Şahin isə çıxışında bildirib ki, mayın 1-də Heydər Əliyev Sarayında TRT-nin təşkilatçılığı ilə böyük bir konsertin təşkil olunması planlaşdırılır. O, Azərbaycan prezidenti, İctimai Televiziya və AzTV-nin rəhbərliyi ilə görüşlərinin, “İstanbul Shopping” festivalı ilə bağlı tədbir keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Tədbirin sonunda İbrahim Şahin səfir İsmayıl Alper Coşquna hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR