Avstraliyalı parlamentar: “Azərbaycanda müşahidə etdiyimiz bəzi məqamlar bizim ölkəmizdə də tətbiq oluna bilər” - VİDEO

Avstraliyalı parlamentar: “Azərbaycanda müşahidə etdiyimiz bəzi məqamlar bizim ölkəmizdə də tətbiq oluna bilər” - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 10:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova – APA. “Noyabrın 1-də Bakı, Gəncə və Azərbaycanın digər rayonlarında məntəqələrin açılışını müşahidə etdik, gün ərzində xeyli məntəqədə olduq. Çalışdıq ki, səsvermə prosesini izləyək. Məntəqə seçki komissiyalarının üzvləri ilə ünsiyyətdə olduq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda seçkini müşahidə edən Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkins bildirib.

L. Simpkins deyib ki, Azərbaycanda müşahidə etdikləri bəzi məqamlar Avstraliyada da tətbiq oluna bilər: “Bəzi məqamların da daha fərqli ola biləcəyini hesab edirik. Bunlar demokratik proseslərin inkişafına müsbət təsir edə bilərdi. Avstraliyada seçki sistemi Azərbaycandan çox fərqlidir. Bizdə səsvermədə iştirak məcburidir, Azərbaycanda isə könüllüdür. Hesab edirəm ki, seçki prosesi nizamlı və səmərəlidir”.

O, bunun Azərbaycana ikinci gəlişi olduğunu xatırladıb: “Nümayəndə heyətinin üzvlərinin isə ilk səfəridir”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR