Latviya prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyirik”

Latviya prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyirik”
# 25 aprel 2013 13:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycan Latviya üçün etibarlı və vacib tərəfdaş ölkədir. Biz əməkdaşlığımızın hərtərəfli inkişafında maraqlıyıq, artıq 20 illik diplomatik münasibətləri olan ölkələrimiz arasında əlaqələr getdikcə genişlənir”. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Bakıda səfərdə olan Latviya prezidenti Andris Berzinş Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib. O bildirib ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyir və hesab edir ki, bu münaqişə sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

Görüşdə Azərbaycanla Latviya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə biznes-forumların, dəyirmi masaların keçirilməsinin vacibliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR