Ağdaş rayon sakini Yuxarı Şirvan kanalında batıb

Ağdaş rayon sakini Yuxarı Şirvan kanalında batıb
# 30 aprel 2013 10:46 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayon sakini Yuxarı Şirvan kanalında boğulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ərəb kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov İbrahim Şirali oğlu aprelin 28-də evdən çıxaraq geri qayıtmayıb. İbrahim Məmmədovun yaxınları Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun Yuxarı Şirvan kanalına düşərək boğulması barədə də məlumat veriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı kanalın kənarından İbrahim Məmmədovun mağazadan aldığı qida məhsulları tapılıb. Ehtimal olunur ki, İbrahim Məmmədov içkili halda kanalın üzərindəki qaz xəttinin üstü ilə kanalın bir tərəfindən o biri tərəfinə keçərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları Yuxarı Şirvan kanalında İbrahim Məmmədovun cəsədinin axtarışını həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR