“Formula 1 Group”un baş icraçı direktoru “V1 Challenge Azerbaijan” yarışına hazırlıq işləri ilə tanış olub - FOTO

“Formula 1 Group”un baş icraçı direktoru “V1 Challenge Azerbaijan” yarışına hazırlıq işləri ilə tanış olub - <span style="color: red;">FOTO
# 08 oktyabr 2014 16:46 (UTC +04:00)

Bakı – APA. “Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestoun və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakı Kristal Zalında oktyabrın 11-də keçiriləcək “V1 Challenge Azerbaijan” yarışına hazırlıq işləri ilə tanış olublar.

Azərbaycan Avtomobil Federasiyasından APA-ya verilən məlumata görə, B. Ekklestouna yarış maşınlarının iştirakı ilə müxtəlif manevr və tryuklarla şou təqdim edilib.

Qeyd edək ki, “V1 Challenge” yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilir. Yarışda 12 ölkədən 14 pilot birincilik uğrunda mübarizə aparacaq.

Yarış zamanı digər idman avtomobillərinin şousu, eyni zamanda məşhur “Voca People” qrupunun konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, yarışın dəvətnamələrini Heydər Əliyev Mərkəzinin kassasından pulsuz əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR