Bakıda gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir

Bakıda gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir
# 15 fevral 2013 13:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda gözdən əlillərin sosial reabilitasiya işinin dolğun və səmərəli şəkildə təmin edilməsi üçün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, mərkəz 4 mərtəbədən, yardımçı korpuslardan (idman zalı, hovuz, konfrans zalı və s.) ibarət olacaq və burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.

Hazırda Bakının Nərimanov rayonunda bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Qeyd olunan mərkəzin və yaşayış binasının tikintisi cari ildə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR