Penitensiar müəssisələrdə 561 cinayət hadisənin qarşısı alınıb

Penitensiar müəssisələrdə 561 cinayət hadisənin qarşısı alınıb
# 06 mart 2013 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Ötən il Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən 21246 məhkum və təqsirləndirilən şəxs, habelə 2196 hərbi qulluqçu hərtərəfli tibbi müayinədən keçirilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub. Hesabata görə, ötən il məhkumlar arasında vərəm xəstəliyindən ölüm halları 2011-ci illə müqayisədə 1, 7 dəfə azalıb.

Hesabat dövründə həmçinin ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı artaraq 4276-ya çatıb, məhkumlar tərəfindən vurulmuş ziyan üzrə zərərçəkmişlərə 1104, 4 min manat ödənilib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində penitensiar müəssisələrdə 561 cinayət hadisənin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR