Britaniyalı nazir: “Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin gerçəkləşməsi üçün Azərbaycanı dəstəkləyirik”

Britaniyalı nazir: “Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin gerçəkləşməsi üçün Azərbaycanı dəstəkləyirik”
# 10 iyul 2014 10:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon söyləyib.

M. Fallon deyib ki, Böyük Britaniya Transxəzər layihəsinin də tezliklə reallaşmasını istəyir. O bildirib ki, Azərbaycan Transxəzər layihəsindən tranzit ölkə kimi daha çox faydalana bilər: “Orta Asiya ölkələrinin də bu layihələrin həyata keçirilməsində fəal mövqe nümayiş etdirəcəyinə ümid edirəm. Bu layihələr bütövlüklə Xəzər regionunun inkişafına, iştirakçı ölkələrin siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, Avropa Birliyi ilə inteqrasiyaya rəvac verəcək”.

Rusiyanın “Transxəzər” layihəsinə qarşı çıxmasına gəlincə, M. Fallon qeyd edib ki, Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunub və çox aydın şəkildə Moskvaya bildirilib ki, qonşu ölkələrə münasibətində dəyişiklik etməlidir: “Məhz bu təhdidlərə görə Avropa Birliyi ölkələri Rusiyadan qaz asılılığını nisbətən azaltmaq istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR