Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda 1 gündə 3 nəfər dəm qazından zəhərlənib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Göygöl rayonunda yaşayan Günay Abbasova, Gəncə şəhərində yaşayanlar - Eltac Süleymanov, Günel İsmayılova dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.