Şimal bölgəsində çaylarda suyun səviyyəsi artıb

Şimal bölgəsində çaylarda suyun səviyyəsi artıb
# 06 may 2015 08:30 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağış yağıb.

Bu barədə APA-ya Quba Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib. Bölgənin Qaraçay-Rük məntəqəsində 33 mm, Altıağac stansiyasında isə 35 mm yağıntı qeydə alınıb. Bu isə normadan artıq hal kimi qeydə alınıb.

Yağıntının yağması nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Qeyri-sabit hava şəraitinin ayın 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR