Siyəzəndə iki yük maşın toqquşub, bir nəfər ölüb - FOTO - VİDEO

Siyəzəndə iki yük maşın toqquşub, bir nəfər ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 mart 2015 06:50 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Martın 11-nə keçən gecə Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

48 yaşlı Qobustan rayon sakini Arif Balayevin idarə etdiyi 99 ZB 395 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobili ilə 57 yaşlı Yevlax rayon sakini Yaqub Səfərovun idarə etdiyi 90 MZ 598 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili toqquşub. Hər iki yük avtomobili Quba rayonu istiqamətində hərəkətdə olub.

Hadisə zamanı “KamAZ”ın sürücüsü xəsarət almasa da, “MAN”ı idarə edən Arif Balayev Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR