Səfir: "Çex Respublikası Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir"

Səfir: "Çex Respublikası Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir"
# 23 oktyabr 2015 06:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Çex Respublikası Azərbaycanla münasibətlərin bir çox sahədə gücləndirməyə çalışır".

APA-nın məlumatına görə, bunu Çex Respublikasının müstəqillik günü ilə bağlı keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib. Onun sözlərinə görə, bunun bariz nümunəsi sentyabr ayında prezident Meloş Zemanın Azərbaycana səfəri zamanı strateji əməkdaşlıq protokolunun imzalanmasıdır: "2 ölkə arasında münasibətlər təkcə güclü tərəfdaşlığa deyil, həmçinin dostluğa əsaslanır və müştərək maraqlara xidmət edir".


Tədbirdə iştirak edən Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Әli Abbasov prezident İlham Əliyevin Çex Respublikasının milli bayram günü il bağlı təbrikini çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafında maraqlıdır: "Münasibətlərimiz iqtisadi, elmi, texniki, mədəni sahədə inkişaf edir. 2011-ci il müştərək komissiyanın yaranması nəticəsində iqtisadi münasibətlər sürətlə inkişaf edir və ticarət dövriyyəsi bir milyard yarım dollara çatıb. Xalqlarımız arasında olan uzun müddətli dostluq münasibətləri siyasi münasibətlər əsasında daha da inkişaf edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR