Mahaçqalada silahlı qruplaşmanın lideri öldürülüb

Mahaçqalada silahlı qruplaşmanın lideri öldürülüb
# 24 avqust 2015 09:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gecə Mahaçqalanın Yeni Xuşet qəsəbəsində terrorçulara qarşı növbəti əməliyyat keçirilib, 3 silahlı şəxs zərərsizləşdirilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə əməkdaşları qəsəbədə "Priora" markalı avtomobilə baxış keçirmək üçün saxlayıblar. Avtomobilin salonundan atəş açılıb və cavab atəşi ilə 3 silahlı şəxs öldürülüb. İlkin versiyaya əsasən, öldürülənlərdən biri Mahaçqalada quldur dəstəsinin rəhbəridir. “Ölən şəxslərdən biri Mahaçqala döyüşçülərinin lideri 1985-ci il təvəllüdlü, “Əbu Həfs” ləqəbli Qurbanov Abdul Maqomed oğludur. Digər şəxslər isə 1982-ci il təvəllüdlü Maqomed İbrahimov və 1980-ci il təvəllüdlü Maqomed Abdulxaliqovdur. Onlar daha əvvəl də cinayət məsuliyyətinə cəlb ediliblər”,- deyə respublika hüquq mühafizə orqanlarından olan mənbə bildirib.

Atışma zamanı OMON dəstəsinin bir üzvü yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR