Azərbaycan prezidenti Polşa baş nazirinin müavinini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Polşa baş nazirinin müavinini qəbul edib - <span style="color: red;">VİDEO
# 02 iyun 2015 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Y. Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Y. Pexoçinski isə qeyd edib ki, o, ölkəmizə səfərindən və müasir dünyada gedən prosesləri dərindən bilən siyasi xadim - Azərbaycan prezidenti ilə görüşməkdən məmnunluq duyur. Y. Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında Azərbaycan prezidenti tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini deyib. O, əldə olunan böyük nailiyyətlər münasibətilə prezident İlham Əliyevi Polşa hökuməti adından təbrik edib.

Görüşdə Azərbaycanla Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR