III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qalibləri bəlli olub

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qalibləri bəlli olub
# 06 noyabr 2014 07:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Avrasiya Yazarlar və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qalibləri bəlli olub.

APA-nın məlumatına görə, birinci yerə 45 balla Alpay Azərin “Hikkəli qadın”, ikinci 43 balla Natiq Məmmədlinin “Bekketə salam”, üçüncü yerə 42 balla Vəfa Mürsəlqızının “Namus” hekayəsi layiq görülüb.

Azərbaycandan müsabiqəyə 22 müəllif 31 hekayə ilə qatılıb. Hekayələr 6 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Cümhuriyyəti səfirliyinin Mədəniyyət Müşavirliyinin və Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin əvvəlki qaliblərindən ibarət münsiflər heyəti oktyabr ayı ərzində hekayələri oxuyaraq 10 ballıq sistemlə qiymətləndirib.

25-ə yaxın ölkədə birinci yer tutan hekayələr Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim olunacaq.

Ölkələrarası mükafatların təqdimatının dekabrın 8-də Bakıda keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR