Bu gün BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvü seçiləcək

Bu gün BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvü seçiləcək
# 16 oktyabr 2014 10:37 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün BMT Baş Assambleyasında 2015-2016-cı illər üçün Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvü seçiləcək.

APA-nın xəbərinə görə, Qərbi Avropa və digər ölkələri Yeni Zelandiya, İspaniya və Türkiyənin, Latın Amerikası ölkələri Venesuelanın, Afrika və Asiya-Sakit Okean ölkələri Anqola və Malayziyanın namizədliyini irəli sürüb.

Dekabrın 31-də Ruanda, Koreya Respublikası, Argentina, Avstraliya və Lüksemburqun BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başa çatacaq.


qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzv ölkələrdir. Digər on qeyri-daimi üzv ölkələri iki il müddətinə Baş Assambleyada seçilir. Hər il 5 ölkə əvəzlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR