Rumıniyada 300 nəfər qar ucbatından avtomobilin içərisində qalıb

Rumıniyada 300 nəfər qar ucbatından avtomobilin içərisində qalıb
# 17 dekabr 2012 22:24 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın şimal-şərq regionunu güclü qar çovğunu cənginə alıb, nəticədə 300 adam maşınlarında Botoşani və Nəmts vilayətlərinin avtomagistrallarında çıxılmaz vəziyyətdə qalıb. APA-nın Mediafaks agentliyinə istinadən verdiyi xəbərə görə, hal-hazırda regionda nəqliyyatın hərəkəti məhdudlaşıb, elektrik təchizatında problem yaşanır. Rayonda bir sıra məktəb bağlanıb.

Sinoptiklərin məlumatına görə, yağıntı davam edəcək, bəzi rayonlarda qar və duman gözlənilir, küləyin sürəti saatda 50-55 kilometr təşkil edəcək. Hökumət nümayəndələri yollarda vəziyyətin pisləyəcəyini xəbərdar edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR