Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Qiymətləndirmə Missiyasının rəhbəri BDU-da olub

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Qiymətləndirmə Missiyasının rəhbəri BDU-da olub
# 04 mart 2015 10:54 (UTC +04:00)

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” çərçivəsində Qiymətləndirmə Missiyasının rəhbəri İsabel Hinrichsenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində olub.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fakültənin Bioekologiya kafedrası ilə əməkdaşlığın qiymətləndirilməsi məqsədilə baş tutan görüşdə geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib.

Görüşdə BDU tərəfdən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, fakültənin dekanı, professor Nazim Şəmilov, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, kafedranın dosenti Firuzə Sultanzadə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən isə Erich Mies, Aleksandra Joseph və Kamil Ağayev iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR