Azərbaycanlı iş adamları Səudiyyə Ərəbistanında keçiriləcək sərgiyə dəvət olunublar

Azərbaycanlı iş adamları Səudiyyə Ərəbistanında keçiriləcək sərgiyə dəvət olunublar
# 12 noyabr 2014 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Səudiyyə Ərəbistanında "2015-ci il Riyad Beynəlxalq Sərgisi" keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi 2015-ci ilin mayın 26-29-da Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində baş tutacaq.

Sərgidə kənd təsərrüfatı, yüngül sənaye, metallurgiya və toxuculuq məhsulları nümayiş etdiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.

"2015-ci il Riyad Beynəlxalq Sərgisi"ndə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR