NATO-nun baş katibi: “Rusiya hərbçilərini Donbasdan çıxarmalıdır”

NATO-nun baş katibi: “Rusiya hərbçilərini Donbasdan çıxarmalıdır”
# 22 sentyabr 2015 14:24 (UTC +04:00)

APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Kiyevdə mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Rusiyanın separatçılara dəstək göstərməsi təkcə bir mənbədən deyil, müxtəlif kəşfiyyat mənbələri vasitəsilə də öz təsdiqini tapıb: “Bu gün burada eşitdiklərim bir daha Rusiya hərbçilərinin Ukraynanın şərqində mövcudluğuna dair məlumatları təsdiqləyir. Mən Rusiyanı Ukraynanın şərqindən qoşunlarını çəkməyə və Minsk razılaşmalarını tam yerinə yetirməyə çağırıram”.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Təşkilatının iclasında iştirak edib. Ukrayna prezidenti Pyotr Poroşenko qapalı iclasda Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyən sənədlərin təqdim ediləcəyini bildirmişdi.

Xatırladaq ki, Ukrayna rəsmi mənbələri Donbasda 9 minə yaxın Rusiya əsgərinin olduğunu iddia etsə də, Rusiya tərəfi bunu təsdiqləmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR