Türkiyəli general: "Azərbaycan ordusunun gücü ilə işğal altındakı torpaqlarını azad edəcək"

Türkiyəli general: "Azərbaycan ordusunun gücü ilə işğal altındakı torpaqlarını azad edəcək"
# 01 iyun 2016 10:30 (UTC +04:00)

Gəncə. Etibar Məmmədov - APA. "1990-cı illərdə Ermənistan Azərbaycan torpaqlarına Rusiyanın dəstəyi ilə hücum etdi və buna görə də Azərbaycan ərazilərini işğal edə bildi. İndi Azərbaycanın çox güclü ordusu var. Əminəm ki, Azərbaycan bu güclü ordu ilə işğal altında olan torpaqlarını azad edəcək".

Bunu APA-ya Türkiyə Ordusunun istefada olan general-leytenantı Cümhur Evcil deyib. O qeyd edib ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarını azad etməkdə qərarlıdır: "Sülh danışıqlarından nəticə çıxmazsa, savaş qaçılmazdır".

General-leytenant aprelin əvvəlində cəbhə xəttində Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusunun istefada olan bir qrup zabiti "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdədir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR