"Fitch" "DəmirBank"ın aktivlərinin keyfiyyətini müsbət qiymətləndirilib

"Fitch" "DəmirBank"ın aktivlərinin keyfiyyətini müsbət qiymətləndirilib
# 06 noyabr 2015 13:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Dəmirbank"ın reytinqini "B" olaraq təsdiqləyib və bankın reytinq üzrə proqnozu "Stabil" kimi qiymətləndirilib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, ötən illə müqayisədə “DəmirBank” biznes kreditləri üzrə bazar payını artırıb və bu istiqamətdə bankın aktivlərinin keyfiyyəti “Fitch Ratings” agentliyi tərəfindən müsbət qiymətləndirilib.

“DəmirBank”ın beynəlxalq reytinqləri ölkədə özəl banklar sırasında ən yüksək reytinqlərdəndir, reytinq üzrə “stabil” proqnozları isə bankın uğurlu inkişafından xəbər verir.

Hazırda ölkədə fəaliyyət göstərən banklardan yalnız az hissəsi beynəlxalq reytinqə malikdir. Bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində də mühüm əhəmiyyət kəsb edir. “DəmirBank” beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan “Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilib.

“DəmirBank”ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR