MSK sədri Türk PA və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətləri ilə görüşüb

MSK sədri Türk PA və Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətləri ilə görüşüb
# 30 oktyabr 2015 19:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) beynəlxalq müşahidə missiyasının üzvləri ilə görüş keçirib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Məzahir Pənahov beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsində hər zaman mühüm əhəmiyyət daşıdığını, MSK-nın müxtəlif beynəlxalq təşkilatlar və xarici qurumlarla sıx münasibətlərinin ölkədəki seçki sisteminin və proseslərin hazırkı inkişaf səviyyəsinə çatmasındakı rolunun inkaredilməz olduğnu söyləyib.

Beynəlxalq müşahidə missiyasının üzvləri Azərbaycan seçki sistemi və Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Suallarını cavablandıran MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanması, azad və şəffaf keçirilməsi üçün atılmış addımlar və gerçəkləşdirilmiş genişmiqyaslı layihələr barədə hərtərəfli məlumat verib.

MSK sədri bu gün Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. M.r Pənahov qonaqların suallarını cavablandıraraq, Milli Məclisə seçkilərlə bağlı həyata keçirilmiş layihələr barədə onları ətraflı məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR