Mövlud Çavuşoğlu: Qərb ölkələri Türkiyənin leqal hakimiyyətinə dəstək mesajları yayınlayacaq

Mövlud Çavuşoğlu: Qərb ölkələri Türkiyənin leqal hakimiyyətinə dəstək mesajları yayınlayacaq
# 16 iyul 2016 00:57 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. "Habertürk" kanalının canlı yayımına telefonla bağlanan Avropa Birliyi naziri Ömər Çəlik “Türk əsgərinin Türk millətinin seçdiyi Məclisdən çıxan hökumətə güllə atmayacağını” deyərək dövlət çevrilişinə cəhd etmiş ordu mənsublarını kazarmalara dönməyə çağırıb.

APA-nın Türkiyə müxbiri yazır: İstanbulda atəş səslərinin getdikcə şiddətləndiyi eşidilməkdədir

APA-nın məlumatına görə, Avropa Birliyinin bütün qurumlarının dövlət çevrilişinə qarşı çıxaraq Türkiyənin leqal hökumətinin tərəfində olduğunu vurğulayan Ömər Çəlik “Son nəfəsimizə qədər demokratiyaya sadiq qalacağıq ”- deyib. AB naziri Ömər Çəlik, çevriliş təşəbbüsünün arxasında “paralel dövlət strukturunun olduğunu” sözlərinə əlavə edib.

Ölkədə gərginlik davam edərkən İstanbulda atəş səslərinin getdikcə şiddətləndiyi eşidilməkdədir.

Mediaya açıqlama verən İstanbul valisi Vasip Şahin isə şəhərin bir neçə yerində əhaliylə birlikdə çevrilişçilərə müqavimət göstərdiklərini, ona görə çevrilişçilərin geri qayıtmağa məcbur qaldıqlarını vurğulayıb. Vali Şahin, bölgədəki Birinci ordu komandanlığının da ölkənin leqal hökumətinin tərəfində olduğunu sözlərinə əlavə edib. İstanbulda yerləşən Birinci ordunun komandanı, ordu generalı Ümid Dündar isə verdiyi açıqlamada “Çevrilişə təşəbbüs edənlərin ordu içindəki kiçik bir qrupu təmsil etdiyini, ordunun onları dəstəkləmədiyini” bildirib.

Mediaya Samsundan açıqlama verən gənclik və idman naziri Akif Çağatay Kılıç da xarici işlər naziri Mövlud Çavuşoğlu və xalqla birlikdə Cümhuriyyət meydanına getdiklərini və çevriliş təşəbbüsünə prezidentin və baş nazirin təlimatlarına uyğun olaraq lazımi müqaviməti göstərəcəklərini deyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da Qərb ölkələrindəki həmkarlarının zəng edərək dəstək mesajları verdiklərini vurğulayıb. Nazir Çavuşoğlu yaxın saatlarda Qərb ölkələri nazirlərinin Türkiyənin leqal hökumətinə yazılı dəstək mesajları elan edəcəklərini sözlərinə əlavə edib.

Gecə yarısını keçəndən sonra İstanbulun məscidlərində çevrilişə qarşı xütbələr verilib, əzan oxunub.

O saatlarda Habertürk kanalına telefonla bağlanan XI prezident Abdullah Gül, ”çevrilişə təşəbbüsün əmr-komanda zənciri içərisində” olmadığını xatırladaraq, ordu mənsublarını kazarmalara çəkilməyə çağırıb. Abdullah Gül deyib :”Misirdə yaşanmış hadisələrin Türkiyədə də yaşanmasına icazə verməməliyik. Bizim keçmişdə yaşadığımız acılar çox dərin oldu. Bu gün onun yenidən yaşanmasını istəmirəm. Gün-demokratiyaya sahib çıxmaq günüdür və əminəm ki, vətəndaşlarımızı demokratiyamıza daha sıx sarılacaqlar. Ona görə çevrilişə təşəbbüs edən ordu içindəki bir qrupu kazarmalarına çəkilməyə çağırıram. Bu, nəticəsi olmayan işdir, ölkəyə acılar yaşatmayın”- deyə keçmiş prezident Gül vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR