Bank Of Baku

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Azərbaycan prezidentini təbrik edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Azərbaycan prezidentini təbrik edib
# 28 aprel 2018 13:51 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva Azərbaycan prezidenti İlham Əliyevi aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

 

APA-nı məlumatına görə, Joze Qratsiano da Silva İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adından səmimi qəlbdən təbrik etməkdən şərəf duyduğunu bildirib.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Azərbaycan prezidentinə birgə məqsədlərə nail olmaqda, Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar diləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR