Azərbaycanda daha 100 əlilə avtomobil verilib - FOTO

Azərbaycanda daha 100 əlilə avtomobil verilib - <span style="color: red;">FOTO
# 08 avqust 2014 09:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 32 nəfəri Böyük Vətən müharibəsi, 23 nəfəri Çernobıl AES və 45 nəfəri hərbi xidmət əlili də daxil olmaqla ümumilikdə 100 nəfər əlilliyi olan şəxs "Naz-Lifan" markalı minik avtomobili ilə təmin olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin aprelindən indiyədək 1300 nəfərə minik avtomobilləri verilib. Bunlardan 677 nəfəri Qarabağ müharibəsi və 20 Yanvar əlili, 623 nəfəri Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdir. 2014-cü ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək qeyd olunan təbəqələrdən olan 5 106 nəfər əlilliyi olan şəxs dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edilib.

Məlumata görə, 2014-cü ilədək mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə 5 731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR