MSK sədrinin müavini: “Seçki komissiyaları səlahiyyətlərini düzgün tətbiq etməlidirlər, bizim hədəfimiz budur”

MSK sədrinin müavini: “Seçki komissiyaları səlahiyyətlərini düzgün tətbiq etməlidirlər, bizim hədəfimiz budur”
# 07 oktyabr 2015 07:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçki kimi böyük prosesdə, insan olan yerdə problemin olması təbiidir. Əsas məsələ pozuntuya, qüsura adekvat münasibətin göstərilməsidir. Bu baxımdan seçki komissiyaları səlahiyyətlərini düzgün tətbiq etməlidirlər. Bizim hədəfimiz budur”.


APA-ya verilən məlumata görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində təşkil etdiyi treninqdə MSK sədrinin müavini Natiq Məmmədov deyib. O bildirib ki, səsvermə seçki prosesinin ən ciddi mərhələsidir, dairə seçki komissiyaları da bu mərhələdə iştirak edir: “Yerlərdə komissiya üzvlərinin təkmilləşməsi prosesi gözümüz qarşısında gedir və bu, sevindirici haldır. Seçki komissiyaları üzərilərinə düşən vəzifələrini aydın dərk edirlər. Biz öz işimizi maariflənərək görməliyik. İnanıram ki, qarşıdakı seçkini uğurla başa vuracağıq, qanunverici orqanı formalaşdırmaqla müstəqilliyimizin verdiyi şansdan bəhrələnəcəyik”.

MSK sədrinin müavini qeyd edib ki, seçki komissiyaları üzvlərinin peşəkarlığı çox önəmlidir: “MSK-nın seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması ilə bağlı proqramları var. MSK bu proqramlarda iştirak edən seçki komissiyalarının üzvlərinə sertifikatlar da təqdim edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR