Beynəlxalq Atom Enerjisi Agentliyi ilk dəfə İranın Parçin obyektinə baş çəkib

Beynəlxalq Atom Enerjisi Agentliyi ilk dəfə İranın Parçin obyektinə baş çəkib
# 22 sentyabr 2015 07:33 (UTC +04:00)

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, artıq Y. Amano bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Şurasını məlumatlandırıb. “Səfər zamanı mən İran prezidenti Həsən Ruhani, digər məsul şəxslər, eləcə də parlament nümayəndələri ilə görüşlər keçirdim”, - deyə Amano söyləyib. O bildirib ki, artıq İranla “altılıq” ölkələri arasında nüvə məsələsində əməkdaşlığa dair “yol xəritəsi”nin həyata keçirilməsində müəyyən irəliləyiş var. 


Baş direktor səfəri öncəsi Parçindəki obyektin müəyyən hissəsindən ekoloji nümunələr götürüldüyü də diqqətə çatdırıb: “Nümunə toplanması çətin prosesdir. Bu prosesə İran tərəfi də cəlb olunub və bu, beynəlxalq tələblərlə ziddiyyət təşkil etmir”.


Hazırda həmin nümunələr Vyanaya göndərilib və tezliklə agentliyin mütəxəssisləri tərəfindən təhlil ediləcək. 
 

Qeyd edək ki, bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin İranın Parçin obyektinə ilk səfəridir.

  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR