Türkiyə səfiri: “Biz ermənilərin törətdikləri qırğınları da, Osmanlının verdiyi qərarları da vicdanlı şəkildə araşdırmağa hazırıq” - VİDEO

Türkiyə səfiri: “Biz ermənilərin törətdikləri qırğınları da, Osmanlının verdiyi qərarları da vicdanlı şəkildə araşdırmağa hazırıq” - <span style="color: red;">VİDEO
# 24 aprel 2015 09:14 (UTC +04:00)

Əslində, bu ifadə elə Ermənistanın özünün, ayrı-ayrı çevrələrin Türkiyəyə qarşı irəli sürdükləri ittihamları inkar edir. Çünki o vaxt türklərin, kürdlərin, müsəlmanların qətlə yetirildiyi kəndlərin sayı 3 deyildi”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir bildirib ki, Türkiyə 1915-ci ildə baş vermiş iztirabları rədd etmək və ya müqayisə etmək fikrindən uzaqdır: “O vaxt, türklər də, kürdlər də, ermənilər də əzab çəkib. Amma bunlardan birinə xüsusi diqqət göstərmək doğru deyil. Rəqəmlərlə müqayisələr aparmaq, kimin kədəri daha böyükdür, kimin kədəri daha az, belə müqayisələr nə vicdana, nə də əxlaqa sığmaz. Biz ermənilərin törətdikləri qırğınları da, Osmanlının verdiyi qərarları da vicdanlı şəkildə araşdırmağa hazırıq. Türkiyəyə soyqırım kimi çox ağır bir ittihamı irəli sürmək qəbuledilməzdir. Biz bunu rədd edirik. Biz doğru bildiyimizi, ölkəmizə yaraşanı obyektiv şəkildə araşdırmağa hazırıq. Türkiyəyə, onun tarixinə ləkə sürmək istəyənlərin qarşısında da bu fikirlərimizi deyəcəyik. Azərbaycanla, türk dünyası ilə, tarixə obyektiv şəkildə sahib çıxmaq istəyənlərlə birlikdə bunu edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR