AMİP sədri: “Hədəfimiz parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir”

AMİP sədri: “Hədəfimiz parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir”
# 23 fevral 2013 08:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Əsas hədəfimiz 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Məşvərət Məclisi gələcəyə hesablanmış təşkilatdır: “Hələ prezident seçkiləri ərəfəsindəyik. Məşvərət Məclisi bugünkü və ya sabahkı günə hesablanmış təşkilat deyil. Birbaşa hədəfimiz 2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçki mühitinin demokratikləşməsi uğrunda mövqeyin yaradılmasıdır. Eyni zamanda 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etmək niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR