Paşha Bank
Bank Of Baku

Lombardların fəaliyyətinə nəzarəti gücləndiriləcək qanun layihəsi hazırlanır

Lombardların fəaliyyətinə nəzarəti gücləndiriləcək qanun layihəsi hazırlanır
# 15 oktyabr 2026 12:41 (UTC +04:00)

Azərbaycanda lombardların fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət mexanizmlərinin yaradılması ilə bağlı qanunvericilik üzərində iş aparılır.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Sənəddə bu sahədə nəzarət mexanizmlərinin yaradılması, lombardların fəaliyyətinə dair tələblər və müştərilərin hüquqlarının qorunması məsələləri əksini tapıb.

Ş. Mahmudzadə qeyd edib ki, yeni tənzimləmənin əsas məqsədlərindən biri vətəndaşların lombardlara girov qoyduqları əmlakın qorunmasını təmin etməkdir.

AMB rəsmisinin sözlərinə görə, qanunvericilikdə lombardların fəaliyyətinin elə tənzimlənməsi nəzərdə tutulur ki, müştərilərin girov qoyduqları əmlakla bağlı hüquqları və maraqları pozulmasın.

O bildirib ki, qanun qəbul edildikdən sonra hazırda fəaliyyət göstərən lombardlara öz fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün müəyyən keçid müddətinin verilməsi planlaşdırılır.

Ş. Mahmudzadə əlavə edib ki, lombardların tənzimlənməsi ilə bağlı işlər davam etdirilir. Bununla belə, yeni qaydaların nə vaxt tətbiq olunacağına dair konkret tarix açıqlamaq hələ mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR