Maykl Mann: “İran beynəlxalq sanksiyaların aradan qaldırılması üçün əməli addımlar atmalıdır”

Maykl Mann: “İran beynəlxalq sanksiyaların aradan qaldırılması üçün əməli addımlar atmalıdır”
# 05 mart 2013 09:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İran beynəlxalq sanksiyaların aradan qaldırılması üçün əməli addımlar atmalıdır”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, Avropa Birliyinin İrana qarşı sanksiyaları aradan qaldırması üçün rəsmi Tehran da nə isə etməlidir: “Sanksiyalara ehtiyac qalmayacağı təqdirdə aradan qaldırılacaq. Ancaq hələlik İranın nüvə proqramı ilə bağlı dünya ictimaiyyətində narahatlıq var”.

Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi martın 3-dən etibarən sanksiyaların tədricən aradan qaldırılacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR