Dieqo Simeone: “Ümid edirəm ki, azarkeşlər “Bakı” ilə yoldaşlıq görüşümüzdən zövq alacaqlar”

Dieqo Simeone: “Ümid edirəm ki, azarkeşlər “Bakı” ilə yoldaşlıq görüşümüzdən zövq alacaqlar”
# 30 aprel 2013 06:43 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Bakı”nın bazasında keçirilən mətbuat konfransında deyib.

“Bakı”nın icraçı-direktoru Yaşar Seyidov qonaqları salamladıqdan sonra söz verilən argentinalı mütəxəssis sabahkı yoldaşlıq görüşündə qələbə qazanmağa çıxacaqlarını bildirib: “Bu, ilk növbədə dostluq matçıdır. Azarkeşlərin televiziyadan izlədiyi, indi isə yaxından görə biləcəyi futbolçuların oyununda şou gözlənilir. Biz bu oyunda qalib gəlmək istəyirik və meydana bunun üçün çıxacağıq”.

D. Simeone türkiyəli futbolçusu Arda Turana Azərbaycanda böyük marağın olmasına isə belə münasibət bildirib: “Məncə, bu, ilk növbədə Ardanın futbolçu kimi səviyyəsi, tanınması ilə bağlıdır. Bundan başqa, 2 ölkə arasında yaxınlığın olduğunu da bilirəm”.

Qeyd edək ki, madridlilər məşqə çıxdıqlarından, mətbuat konfransı qısa sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR