Bakıda 54 yaşlı kişi xəndəyə düşərək ölüb

Bakıda 54 yaşlı kişi xəndəyə düşərək ölüb
# 30 aprel 2013 07:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə hadisə Mehdiabad-Novxanı yolunda “TOS OİL” yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

“Qayalar” MMC şirkətinin işçisi, 1959-cu il təvəllüdlü Əhməd Cənnət oğlu Dadaşov su çəkilişi zamanı ərazidə olan xəndəyə düşərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR