Prezident İlham Əliyev Braziliyanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın Azərbaycandakı səfirini qəbul edib
# 10 aprel 2013 15:01 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Azərbaycandakı səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.


APA-nın xəbərinə görə, görüşdə tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin son illər uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, bu münasibətləri iqtisadi sahədə də genişləndirməyin önəmi qeyd olunub.


Həmçinin görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əlaqələrimizin gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR