Qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb

Qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb
# 11 mart 2015 10:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 3-10 mart tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samux rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən 3 nəfər naməlum şəxs saxlanılıb. Onlardan 3 ov tüfəngi, 6 patron götürülüb və barələrində qanunamüvafiq qaydada akt tərtib olunub. Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR