Fövqəladə Təhqiqat Komissiyasının 96-cı ildönümü qeyd edilib - FOTOSESSİYA

Fövqəladə Təhqiqat Komissiyasının 96-cı ildönümü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 28 avqust 2014 09:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Ermənistanın Silahlı Təcavüzü Nəticəsində Azərbaycan Respublikasının Məruz Qaldığı İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbir azərbaycanlılara qarşı kütləvi qırğını və onların əmlakının talan edilməsini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının 96-cı ildönümünə həsr olunub.

Tədbirdə millət vəkilləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər. İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı bildirib ki, 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması barədə qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Milli Arxiv İdarəsinin müdiri Ataxan Paşayev Ömər Faiq Nemanzadənin əsrin əvvəlində söylədiyi fikirləri xatırladıb. Qeyd edib ki, Ö. F. Nemanzadə ermənilərin dövlət yaratmaq üçün azərbaycanlıları İrəvan, Göyçə, Zəngəzur, Qars və Qarabağdan qovmağa çalışacaqlarını bildirib və bu fikirlər özünü doğruldub. A. Paşayev Xalq Cümhuriyyəti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətindən danışıb, erməni quldurlarının törətdikləri cinayətlərin o dövrdə araşdırılmasının, faktların sənədlərdə əksini tapmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Fövqəladə Təhqiqat Komissiyası 1919 il yanvarın 6 Paris Sülh Konfransına ermənilərin törətdikləri vəhşiliklərlə bağlı 96 ədəd fotoşəkil, təhqiqat materialları göndərib.

Nazirlər Kabineti Qaçqın və Məcburi Köçkünlərin İşləri, Miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov qeyd edib ki, Azərbaycan prezidentinin 1998-ci il 26 mart tarixli Azərbaycanlıların soyqırımı haqqında fərmanında da Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti qeyd edilib.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR