Həyat sığortası bazarında ödənişlər 8 dəfəyə yaxın artıb

Həyat sığortası bazarında ödənişlər 8 dəfəyə yaxın artıb
# 17 oktyabr 2014 08:10 (UTC +04:00)

Bakı. APA-Economics – Musa Əhmədov. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanan sığorta haqlarının 24,5%-i və ya 76,85 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 25,55 mln. manat və ya 49,8% böyüyüb.

Həyat sığortası üzrə yığımların 51,5%-i və ya 39,6 mln. manatı həyatın yaşam sığortasının, 31,8%-i və ya 24,4 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,3%-i və ya 12,5 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 313 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin 9 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 23,55 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 20,2%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 20,5 mln. manat və ya 7,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 87,8%-i və ya 20,67 mln. manatı həyatın yaşam sığortasının, 8,6%-i və ya 2,03 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 3,3%-i və ya 784 min manatı həyatın ölüm halından sığortasının, cəmi 62 500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 30,6 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 5,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR