Bank Of Baku

“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov

© APA | “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov

# 18 sentyabr 2026 15:55 (UTC +04:00)

“PAŞA Bank” səhmdarlarına ümumilikdə 107,04 milyon manat dividend ödənişi nəzərdə tutub.

APA-Economics” xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dividendin 53,52 milyon manatlıq ilk hissəsi 10 iyul 2026-cı ildə səhmdarlara ödənilib. Qalan 53,52 milyon manatın isə oktyabr ayında ödənilməsi planlaşdırılır.

Beləliklə, ümumi dividend məbləği bir səhm üzrə təxminən 5,72 manat təşkil edir. İyulda hər səhmə təxminən 2,86 manat dividend ödənilib, oktyabrda da eyni məbləğdə ödəniş nəzərdə tutulur.

Murad Süleymanov qeyd edib ki, 2026-cı ilin ilk yarısının nəticələrinə əsasən bir səhm üzrə gəlir (EPS) 5,16 manat, orta kapital gəlirliliyi (ROAE) isə 10,3% təşkil edib.

Təqdim olunan məlumatlara görə, bankın 2025-ci ilin nəticələri üzrə dividend ödəmə əmsalı 59% olub. 2026-cı ilin iyununda ödənilən dividend nəzərə alınmaqla göstərici 57,7% təşkil edib. Bankın dividend siyasətində nəzərdə tutulan minimal dividend ödəmə əmsalı isə xalis mənfəətin təxminən 30-40%-i səviyyəsindədir.

Murad Süleymanov bildirib ki, 2026-cı ilin nəticələri üzrə dividend ödəmə əmsalına dair gözləntinin ilin sonunda açıqlanması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR